Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından boğulub.
Publika.az "Report"a istinadla xəbər verir ki, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H.Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından boğulublar.
Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.