ABŞ müdafiə naziri Lloyd Ostin qeyri-cərrahi tibbi prosedurdan uğurla keçib.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələri generalı Patrik Rayderin yazılı açıqlamasında deyilir.
Onun sözlərinə görə, nazir tibbi prosedurla bağlı təxminən 2,5 saatlıq aradan sonra vəzifəsinin icrasına qayıdıb
Pentaqon rəhbərinin planlaşdırılan tədbirlərdə iştirakı da daxil olmaqla, rəsmi cədvəlində heç bir dəyişiklik olmayacaq.
Xatırladaq ki, daha öncə ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda prostat vəzi xərçəngindən əziyyət çəkən Pentaqon rəhbərinin müəyyən edilmiş sidik kisəsi problemi ilə bağlı qeyri-cərrahi prosedurdan keçəcəyi açıqlanmışdı.
Prosedur zamanı onun işini ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks yerinə yetirib.