“Real” La Liqanın 24-cü turunun matçında “Jirona”nı darmadağın edib (4:0).
Publika.az xəbər verir ki, Karlo Ançelottinin komandası 24 oyunda 19 qələbə qazanıb, 4 heç-heçə edib və 1 məğlubiyyətlə üzləşib. Bu, italiyalı mütəxəssisin ölkə çempionatlarında ən yaxşı nəticəsinin təkrarıdır.
Ançelotti 2003/04 mövsümündə “Milan” ilə A Seriyasında 24 turdan sonra oxşar nəticələr əldə edib.