Aprelin 4-ü axşam saatlarına olan məlumata əsasən, səhər saatlarından başlayan güclü şimal-qərb küləyi artıq zəifləyib.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova qeyd edib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 14 m/san, bölgələrdə isə 12-17 m/saniyədir.
xxx
18:12
Ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi artıq zəifləyib.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 18:00-a olan məlumatında bildirilir.