05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Zelenski Putinlə görüşə biləcəyini açıqladı: "Amma ona qarşı nəzakətli olmayacam"

05 fev 2025 11:00
DÜNYA
ads

“Əgər bu, Ukrayna vətəndaşlarına sülh gətirəcək və insan tələfatına səbəb olmayacaq yeganə variantdırsa, mən Rusiya ilə danışıqlara hazıram”.

QÜTB.AZ xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

Rusiya prezidenti ilə üz-üzə görüşməyə hazır olduğunu bildirən Zelenski, Putinə qarşı nəzakətli olmayacağını da qeyd edib:

"Ona münasibətimin nə əhəmiyyəti var? Mən ona qarşı nəzakətli olmayacağam. Onu düşmənim kimi görürəm. Açığı, onun da məni düşmən gördüyünə inanıram".

O, həmçinin ABŞ-ın Ukraynaya müdafiə yardımını kəsməsi ssenarisinin mümkünlüyünü də qiymətləndirib: "Yardıma ehtiyac böyükdür və bu günə kimi yardım dayanmayıb. Amerikanın yardımı kəsilərsə, bu qərar Avropa Birliyi ölkələrinə də təsir edəcək. Avropadan gələn yardımı kəsməklə Ukraynanın silah gücü ən azı 60 faiz azalacaq. Beləliklə, ərazini itirmək riski və Putinin qələbəsi təbii ki, artacaq”.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur