Ermənistanın baş naziri Paşinyan Armavir vilayətinin qubernatoru postuna özünün xaç atası David Xudatyanı təyin etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Xudatyan hazırda genişləndirilmiş Armavir icmasının rəhbəri vəzifəsini tutur. Qəzetin yazdığına görə, onun administrasiyası artıq onun varisi ilə bağlı məsələni müzakirə edir.
Bəzi məlumatlara görə, Xudatyan birinci müavini Varşam Sarkisyanla əvəzlənəcək. Armavir vilayətinin qubernatoru Edvard Hovhannisyan yanvarın 5-də Baş nazir Nikol Paşinyanın bölgəyə səfərindən sonra tutduğu vəzifədən azad edilib.
Bir neçə kəndə səfəri zamanı baş nazir məktəblərdə yeni idman zallarının tikintisinin keyfiyyətinə görə rayon rəhbərliyini tənqid edib.
Tural