26.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Zəngəzur dəhlizi Türkiyə üçün strateji arzudur - Nazir

26 noy 2025 10:00
İQTİSADİYYAT
ads
Advertisement

Türkiyənin ticarət naziri Ömər Bolat "Analiz" qəzetinə verdiyi müsahibədə Zəngəzur dəhlizinin perspektivindən bəhs edib.

Qutb.az-ın məlumatına görə, nazir Türkiyənin ticarət və logistika sahəsindəki strateji prioritetləri barədə də danışıb.

O.Bolat qeyd edib ki, Türkiyə üç qitənin qovşağında yerləşən logistika körpüsü mövqeyinə yalnız coğrafi üstünlük deyil, həm də qlobal iqtisadi üstünlük kimi baxır.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Mərmərə körpüsü, Yavuz Sultan Səlim körpüsü, Qars-İstanbul-Avropa marşrutları, Zəngəzur dəhlizi və “İnkişaf yolları” layihələri Türkiyənin qlobal ticarətdəki mövqeyini gücləndirmək və inkişaf etdirmək üçün atdığı vacib infrastruktur addımlarıdır.

Bolat bildirib ki, Zəngəzur dəhlizi ölkəni Türk dünyası və Orta Asiya ilə birləşdirəcək.

O əlavə edib ki, Zəngəzur dəhlizi təkcə strateji bir xəyal deyil, həm də ticarət zərurətidir.

O, həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km-ə qədər azalacaq. Ömər Bolatın sözlərinə görə, Zəngəzur dəhlizi Çin ilə Avropa arasında tranzit müddətini 5-7 gün, xərcləri isə 15-20% azaldacaq.

"Geosiyasi rəqabətin aradan qaldırılması çətin olsa da, ticarət potensialının cəlbediciliyi bu maneələri dəf etmək üçün kifayət qədər güclüdür. Uzunmüddətli perspektivdə Zəngəzur dəhlizi sülh layihəsinə çevriləcək və regional etimad yaradacaq.
“İnkişaf yollar”ı və Zəngəzur dəhlizi layihələri təkcə multimodal nəqliyyat üçün deyil, həm də strateji enerji və kommunikasiya dəhlizləri kimi qəbul edilir", - deyə nazir əlavə edib.

Ö.Bolat bu layihələrin neft və qaz boru kəmərlərini, fiber-optik infrastrukturu və elektrik xətlərini birləşdirdiyini və Türkiyənin təkcə logistika deyil, həm də istehsal və enerji mərkəzinə çevrilmək istiqamətində irəlilədiyini vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur