28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər

01 may 2024 10:00
GÜNDƏM
ads

Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya prosesi ermənilərin etirazına görə ləngiyir.

Publika.az
xəbər verir ki, erməni revanşistlər sərhədin bu hissəsində əhalini təşkilatlandıraraq, ərazinin minalardan təmizlənməsinə və kartoqrafların işləməsinə mane olur.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Tavuşun Kirants kəndinin əhalisi ilə görüşdə etirazın dayandırılması, yolların açılması üçün iki gün vaxt vermişdi. Əks təqdirdə bunu güc yolu ilə etmək məcburiyyətində qalacaqlarını bildirib.

Paşinyanın verdiyi vaxt bu gün bitir. Erməni revanşistlər isə yolları açmaqdan imtina edirlər. Ermənistan mediası Qazaxın qaytarılan 4 kəndi ilə Tavuşun kəndləri arasında demarkasiya ediləcək sərhədə bu gün səhər saatlarında hərbi polis rəisi və ordu qüvvələrinin göndərildiyini yazır. Görünür, Ermənistan hökuməti revanşistləri dağıtmaq üçün güc tətbiq edəcək.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur