13.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Rusiya raketləri Londona da, Madridə da sürətlə çata bilər

13 sen 2025 15:00
DÜNYA
ads
Advertisement

NATO baş katibi Mark Rutte Rusiya raketlərinin yalnız Şərqi Avropa ölkələri üçün deyil, bütün alyans üçün təhlükə yaratdığını bildirib.

Qutb.az-ın məlumatına görə, o, bu barədə “Şərqin mühafizəçisi” əməliyyatının başlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Bəziləri elə bilir ki, Londonda və ya Madriddə yaşamaq daha təhlükəsizdir, nəinki Tallində. Bu, belə deyil”.

Ruttenin sözlərinə görə, Rusiyanın yeni nəsil hipersəs raketləri səs sürətini beş dəfə üstələyir:

“Onlar Madrida və ya Londona Tallin və ya Vilnüsdən cəmi 5–10 dəqiqə gec çatır”.

NATO baş katibi əlavə edib ki, alyans üzvləri vəziyyəti elə qəbul etməlidirlər ki, sanki bütün dövlətlər şərq cəbhəsində yerləşir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur