Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 64-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında son hücumlarda daha 152 nəfər yaralanıb. Ümumi yaralı sayının 67 min 611-ə çatığı deyilir.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.