Hücumçu Kərim Benzema bir neçə həftə "Əl-İttihad"ın məşqlərindən kənar qaldıqdan sonra komandanın məskunlaşdığı Ciddəyə qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Fransız futbolçunun komandadan uzun müddət uzaq düşməsinin fonunda mediada Benzemanın Səudiyyə Ərəbistanında xoşbəxt olmadığına dair söz-söhbətlər ortaya çıxıb. Lakin bundan sonra 36 yaşlı futbolçunun "sar-qaralar"da oynamağa davam edəcəyi gözlənilir.
Mənbənin sözlərinə görə, 2022-ci ildə "Qızıl top"un sahibinin ətrafı da onun ən azı mövsümün sonuna qədər "Əl-İttihad"da qalacağını təsdiqləyib.
Heybət