Qadınların mobil telefonlarını oğurlayan şübhəlilər tutulub.
Qutb.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonunda ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb.
Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.