Ermənistan baş nazirinin aparatında protokol üzrə məsul şəxs Suren Varosyan tutduğu vəzifədən azad edilib.
Publika.az xəbər verir ki, müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Varosyan yanvarın 31-də vəzifəsini tərk edəcək.
O, 2021-ci ilin avqustunda Baş Nazirlikdə bu vəzifəyə təyin edilmişdi.