07.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Avropada siyasi böhran: qitə ideoloji parçalanmaya doğru gedir

14 iyn 2024 11:00
GÜNDƏM
ads

Avropa Parlamentinə (AP) seçkilər ifrat sağçı partiyaların artması ilə nəticələnib.

Publika.az xəbər verir ki, bu barədə avstriyalı professor Martin Gelter bildirib. Onun sözlərinə görə, qitədə anti-xarici radikal sağçıların yüksəlişi Avropanı “ideoloji parçalanmaya” aparacaq.

“Son iki ildə Aİ-də keçirilən yerli və ümumi seçkilər artıq ifrat sağçıların hər bir ölkədə regional çərçivədə iqtidar tərəfdaşı olmaq həddinə yüksəldiyini ortaya qoydu. Hazırda ifrat sağçı Almaniya, Fransa, Norveç, İtaliya, Avstriya və Macarıstan kimi ölkələrdə milli seçkilərdə iqtidarın ortağı və ya dominantına çevrilib”, - professor bildirib.

Gelter qeyd edib ki, AP-də sağ mərkəzçi Avropa Xalq Partiyası ən çox yerə sahib, sol mərkəzçi S&D isə ikinci ən böyük qrup olaraq qalıb: “Seçkilərdə diqqəti çəkən digər amil Avropada reaksiya olaraq ifrat solçuların, eləcə də ifrat sağın yüksəlişidir. Seçkilərin nəticələri göstərir ki, ifrat sağçılardan sonra səslərini ən çox artıran partiyalar ifrat sol partiyalar olub. Bu həm də qitənin ideoloji parçalanma yaşadığını ortaya qoyur”.

“Qitədə formalaşmış demokratiya mədəniyyəti avropalılara ümid verir. Lakin hamını sarsıdan maliyyə çətinlikləri, artan vergilər, qaçqın problemi, gənclər arasında işsizlik və ya enerji bazarlarında baş verən böyük böhranlar da ifrat sağçıların zəmininə çevrilir”, - o əlavə edib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur