29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”

22 apr 2024 23:00
GÜNDƏM
ads
Advertisement

“Tərəflər arasında mühüm razılaşma əldə olunub, söhbət Almatı bəyannaməsinə növbəti istinaddan gedir. Qoy indi möhtərəm Baqrat və ümumiyyətlə bütün kilsə xadimləri soydaşlarımıza cavab versinlər: Onlar nəyə qarşı mübarizə aparırlar? Ermənistanda sərhəd olmaması üçün? Belə çıxır ki, bəli”.

Publika.az xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan Ermənistan mediasına müsahibəsində deyib.

O, bildirib ki, Azərbaycanla sərhəd delimitasiya və demarkasiya edilməsə, o zaman region daim müharibə təhlükəsi altında yaşayacaq, bu isə Ermənistan vətəndaşlarına yaxşı heç nə verməyəcək.

“Demarkasiyaya alternativ kifayət qədər konkretdir - müharibə. Bunu öz xalqının terroru adlandıra da bilərsiniz, qorxutma və ya qorxaq siyasət də, ancaq reallıq budur. Demarkasiya istəmirsinizsə, deməli müharibə istəyirsiniz. Əgər siz Azərbaycanın tabeliyində olan hər şeyin ermənilərin olmasını tələb edərək Azərbaycana məxsus olanı Azərbaycana vermək istəmirsinizsə, o zaman siz ən azı danışıqlarda konstruktiv iştirak etmirsiniz və Azərbaycan tərəfinə problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verirsiniz”, - deyə politoloq qeyd edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur