Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Donbassda Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyaya əsasən Rusiya Federasiyasına qarşı qaldırdığı iddiaların əksəriyyətini rədd edib.
Publika.az xəbər veririk, bu barədə çərşənbə günü, yanvarın 31-də məhkəmənin sədri Coan Donoqu danışıb.
Onun sözlərinə görə, Kiyevin Moskvaya qarşı ittiham irəli sürdüyü yalnız bir iddia qəbul edilib:
Ukraynadan bu barədə məlumat almasına baxmayaraq, Rusiya ərazisində cinayət törədə bilən şəxslərin hərəkətlərinin araşdırılması üzrə tədbirlər haqqında normaya əməl edilməməsi.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, BMT məhkəməsində Rusiyanın maraqlarını təmsil edən Gennadi Kuzmin Kiyevin iddiasına 30-dan çox ölkənin qoşulmasını məhkəməyə siyasi təzyiq cəhdi adlandırmışdı.
Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova qeyd edib ki, Kiyev rejiminin nümayəndələri Moskvanın “terrorçu üsullarla Ukrayna kimliyini məhv etməyə” çalışdığını sübut etmək üçün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “nümayiş stendi” təşkil ediblər.