ABŞ Yəmənə yeni hücuma başlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Nəticədə husilərin nəzarətində olan ərazilərdə iki ballistik raketi məhv etmək mümkün olub. CENTCOM-un hesabatında zərbənin özünümüdafiə məqsədilə həyata keçirildiyi vurğulanır.
Bu raketlərin Yəməndən keçən ticarət gəmiləri və mülki gəmiləri üçün birbaşa təhlükə yaratdığı deyilir.
ABŞ və Böyük Britaniya iki həftə əvvəl Yəmənə zərbələr endirməyə başlayıb. Lakin bu tədbirlər hələ də Qırmızı dənizdə gəmiçilik üçün təhlükəni tam aradan qaldıra bilməyib. Husilər ölkə sahillərində hərəkət edən gəmilərə raket və pilotsuz təyyarələr atmağa davam edir.
Hüseyn İbadlı