Rusiya ilə Qərb arasında heç vaxt kompromis olmayacağını deyən Serbiya prezidenti Aleksandar Vuçiç 3-4 aydan sonra dünyada böyük bir qarşıdurmanın olacağını bildirib.
Publika.az xəbər verir ki, Serbiya lideri iyunun 12-də İsveçrənin həftəlik "Die Weltwoche" jurnalına müsahibəsində dünya müharibəsinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb:
"Üçüncü dünya müharibəsindən danışa bilmərəm, amma böyük münaqişədən danışıram. Necə? İnanıram ki, biz bundan uzaq deyilik. Bunun daha tez baş verməsi təhlükəsi var”.
O Rusiya ilə Ukrayna arasında vəziyyətin hər gün daha da pisləşdiyini diqqətə çatdırıb:
“Məşhur tarixçi Alan JP Taylorun sözləri ilə desək, “Qatar stansiyanı tərk etdi və heç kim onu dayandıra bilməz”. Böyük dövlətlər heç nə etməsələr, biz Ukraynada baş verənlərin acı sonunu görəcəyik. Əminəm ki, biz qısa zamanda əsl fəlakət görəcəyik".
Aysel Şahmar