Cənubi Koreya məhkəməsi boşanma məhkəməsində iş adamı Çey Tae-vonu keçmiş həyat yoldaşı Roh So-younqa təxminən 1 milyard dollar ödəməsinə qərar verib.
Publika.az xəbər verir ki, bunun ölkə tarixində ən böyük boşanma məhkəməsi olduğu bildirilib.
Ölkənin ikinci ən böyük holdinqi “SK Group”-un sahibi olan Çey 1,45 milyon dollar aliment ödəyəcək. Ayrıca onun mülkünün təxminən 35 faizini keçmiş həyat yoldaşına köçürməsinə də qərar verilib.
Cütlüyün boşanma səbəbi Çeyin nikahdankənar münasibətdən övladının olmasıdır.
Roza