Bu gün axşam 81-ci dəfə keçirilən "Qızıl Qlobus" kino mükafatlarının təqdimat mərasimi keçiriləcək. Hər zaman olduğu kimi, bu dəfə də dünya ulduzları gecəyə ən dəbdəbəli libaslarda təşrif buyuracaq və valehedici gözəllikləri ilə göz qamaşdıracaqlar.
Publika.az bu əlamətdar hadisənin şərəfinə 1944-cü ildən bəri hər il keçirilən "Qızıl Qlobus" mərasiminin ən yaddaqalan qırmızı xalı çıxışlarına nəzər salıb. Onlar arasında 1962-ci ildə mərasimə qara libası ilə damğa vuran Merilin Manro, Holli Berri, Şarlz Teron, Ancelina Coli, Beyons, Cennifer Lopez kimi ulduzlar yer alıb.
Qeyd edək ki, bu il "Barbie" filmi 8 nominasiyada təmsil olunur, seriallar kateqoriyasında "Succession" layihəsinin mükafata layiq görüləcəyi prornozlaşdılır.