02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Prezident təsdiqlədi: Bu şəxslərin pensiyası artacaq

02 iyl 2024 11:00
GÜNDƏM
ads

Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

Publika.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov öz sosial media hesabında yazıb.

O qeyd edib ki, hazırda təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur:

“Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq bu həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq.

Yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə prosedurlardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur