03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Kralı xəstəxanaya apardılar 

28 mar 2025 19:00
DÜNYA
ads
Advertisement

Martın 27-də Böyük Britaniya Kralı III Çarlz xərçəng xəstəliyinin müalicəsi zamanı yaranan müvəqqəti yan təsirlərlə əlaqədar qısa müddətli xəstəxanaya gedib, müşahidə altına alınıb.

 

Qutb.az “BBC”yə istinadla xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb.

Bildirilib ki, 76 yaşlı Kral həmin günün axşamı Klarens Haus rezidensiyasına qayıdıb və hazırda dövlət işlərini davam etdirir.

 

Kralın martın 28-də Birminqem şəhərinə planlaşdırılan səfəri və orada keçirilməsi nəzərdə tutulan dörd tədbir, eləcə də üç səfirin etimadnamələrinin qəbulu təxirə salınıb. Saraydan bildirilib ki, Kral Çarlz bu tədbirlərin təxirə salınmasına görə məyusdur və onların yenidən planlaşdırılmasını səbirsizliklə gözləyir.

 

Bukinqem sarayının sözçüsü qeyd edib ki, bu cür yan təsirlər xərçəng müalicəsi alan xəstələr üçün qeyri-adi deyil və Kralın ümumi müalicə prosesi müsbət istiqamətdə davam edir. Saray mənbələri bu vəziyyəti yolda kiçik bir maneə kimi qiymətləndirib və Kralın səhhətinin çox yaxşı istiqamətdə irəlilədiyini vurğulayıblar. 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur