Şəmkirə ölümlə nəticələnən yanğın baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Belə ki, 57 yaşlı kənd sakini Əliyev Elçin Əmir oğlu yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.