ABŞ-da terror hücumlarından və nüvə fəlakətindən qorunmaq üçün şəxsi bunkerlərin tikintisinə tələbat artıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Fox News" bazar nümayəndələrinə istinadla məlumat yayıb.
"Texas ştatının Dallas şəhərində yerləşən "Atlas Survival Shelters" (qiyamət günü üçün bunker inşa edir) adlı şirkətin müştərilərinin sayının artması müşahidə olunur. Bu da bir çox amerikalının sosial gərginlikdən narahat olduğunu göstərir", - məlumatda deyilir.
"Atlas Survival Shelters" sahibi Ron Hфbbard bildirib ki, sifarişlər gündəlik daxil olmağa başlayıb. Onun sözlərinə görə, hər bir bunkerin tikintisi 20 min dollardan bir milyon dollara qədər başa gəlir, lakin müştəri istəsə, məbləğ arta bilər.
Jurnalistlərin sözlərinə görə, amerikalılara müxtəlif növ bunkerlər təklif olunur: pandemiya və ya iğtişaşlar zamanı sığınacaq, həmçinin terror hücumları, bioloji və ya nüvə fəlakəti.
Habbard qeyd edib ki, amerikalıların demək olar ki, yarısı növbəti vətəndaş müharibəsi təhlükəsindən ciddi şəkildə narahatdır.
Hüseyn İbadlı