Birinci və ikinci Bundesliqanın təşkilalçısı Almaniya Futbol Liqası (DFL) klublara və çempionatlara xarici investorların cəlb edilməsi ilə bağlı verdiyi qərardan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
Qurumun icraiyyə komitəsinin ötən gün keçirilən fövqəladə iclasında yekdilliklə qəbul edilən bu qərara səbəb azarkeşlərin etirazı olub. Hazırda DFL bütün investorlarla danışıqları dayandırıb.
Mətbuatda xarici investorun turnirin və klubların inkişafı üçün 1-2 milyard avro ayırmağa hazır olduğu bildirilirdi.
Azarkeşlər Almaniya futboluna kənar investorların gəlməsinə qarşı oyunlar zamanı stadionlarda kütləvi etiraz aksiyaları keçiriblər. Buna görə matçlar dəfələrlə dayandırılmalı olub.
Heybət