30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Erməni “humanizmi”: Mina xəritələrini verməyə hazırdırlar, amma şərtləri var

23 yan 2024 13:00
GÜNDƏM
ads
Advertisement

İrəvan minalarla bağlı yeni məlumatların Bakıya ötürülməsini istisna etmir. Amma bu baş verərsə, yalnız beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə olacaq.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

"Məndə olan məlumata görə, Ermənistanın müvafiq dövlət qurumları minalarla bağlı yeni məlumatların əldə edilməsi üzərində işləyir. Və mən istisna etmirəm ki, hər iki tərəfdə etimadın yaradılması istiqamətində konstruktiv yanaşmalar və addımlar olarsa, biz onları yenidən onlara ötürəcəyik. Mən hesab edirəm ki, bu, beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirilməlidir”, - Mirzoyan bildirib.

Onun sözlərinə görə, İrəvan iki dəfə minalanmış xəritələri Bakıya təhvil verib, lakin daim Azərbaycan tərəfdən onların qeyri-dəqiq olması ilə bağlı ittihamlar eşidir.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan 2023-cü ilin aprelində İrəvanın bütün minalanmış xəritələri Bakıya təhvil verdiyini bildirmişdi.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur