Danimarkanın baş naziri Mette Frederiksen Rusiyanın hücumundan ehtiyat edərək, zəruri ərzaq ehtiyatı toplamağa başlayıb.
QÜTB.AZ xəbər verir ki, o, bu barədə DRTV-yə danışıb.
"Mən səlahiyyətlilərin tövsiyələrinə əməl edirəm və inanıram ki, danimarkalılar da bunu etməlidir. Birlikdə qalmamız son dərəcə vacibdir", - deyə baş nazir vurğulayıb.
Danimarka Fövqəladə Halların İdarə Olunması Agentliyi əhaliyə böhranlara hazırlaşmaq, o cümlədən qida, su, dərman, şəxsi gigiyena vasitələri və digər zəruri əşyaların yığılması ilə bağlı tövsiyələr verib.
Frederiksen qeyd edib ki, o, xüsusi hücum gözləntisi ilə deyil, kiber və ya hibrid hücum təhlükəsi səbəbindən ehtiyat yığır. O, Rusiyanı təhdid kimi qeyd edib.
Adəm Abbaslı