02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Sabiq deputatı o QƏTLƏ YETİRİB

25 iyl 2024 17:00
GÜNDƏM
ads

Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farionun qətlində saxlanılan şəxsin adı Vyaçeslav Zinçenkodur.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Strana.ua nəşri məlumat yayıb.

Bildirilib ki, gənc oğlan 2006-cı il aprelin 3-də anadan olub. Məlum olub ki, o, yerli uşaq-gənclər idman məktəbində fəaliyyət göstərən “Dnepr” futbol komandasında çıxış edib.

Strana.ua qeyd edib ki, Ali Radanın keçmiş deputatının qətlindən bir ay əvvəl gənc “Juniors” komandasının tərkibində “Pulse” turnirində iştirak edib. Onun fotoları Dneprdəki 62 saylı gimnaziyanın saytında da tapılıb.

Bundan bir qədər əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib ki, qətl işində şübhəli bilinən Farion uzun müddətdir ki, cinayətə hazırlaşırmış. O, 18 yaşlı şübhəlinin əvvəlcədən aldığı paltarlardan da danışıb.

Radanın keçmiş deputatına sui-qəsd iyulun 19-da baş verib. Farion evinin yaxınlığındakı məbədin ərazisində güllələnib. Həkimlər onu xilas edə bilməyiblər. Ukrayna Ali Radasının keçmiş deputatının qətlinə görə məsuliyyəti neonasist qruplaşması Milli-Sosializm/Ağ Qüvvət üzərinə götürüb .

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur