“İntihar edən əsgərlərlə bağlı işlərdə onları intihara sövq edən həmkarlarına qarşı cinayət işi açmaqla yanaşı, bu hadisənin sosial səbəblərini də dərindən araşdırmaq lazımdır”.
QÜTB.AZ xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində Meğridəki hərbi hissədə ölüm hadisəsini şərh edərkən yazıb.
“İntihar edən əsgərlərlə bağlı nəinki onları intihara vadar edən həmkarlarına qarşı cinayət işi açılmalı, həm də bu hadisənin sosial səbəbləri, zabitlərin hazırlıq səviyyəsinin aşağı olması və bu faktla bağlı dərin araşdırma aparılmalıdır. Bizim susqunluğumuz həm də kriminal laqeydlikdir və digər məsələlərlə yanaşı, bu günümüzün aktual siyasi məsələsidir.
P.S: Hazırda gecələr yuxuya gedən neçə əsgərin intihar etmək barədə düşündüyü məlum deyil”, – politoloq yazıb.
Tural