Ölkə üzrə pos-terminalların işində nasazlıq yaranıb.
Əsasən Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində pos-terminallar işlək vəziyyətdə deyil.
"Azərikard"ın Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəbəkə xətası ola bilər. Hazırda bu istiqamətdə ölkə üzrə çətinlik yaşanır.