Türkiyə Superliqasında 33-cü tura yekun vurulub.
Publika.az xəbər verir ki, günün yeganə oyununda çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Sivasspor”la qarşılaşıb. Görüşdə qalib müəyyən edilməyib - 2:2.
Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətindəki Fred açıb. 57-ci dəqiqədə Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə Kahveci qonaqları önə keçirib. 90+4-cü dəqiqədə isə Manaj penaltidən oyunun nəticəsini müəyyənləşdirib.
Beləliklə də, xallarını 86-ya çatdıran “Fənərbağça” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Sivasspor” isə 44 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla “Qalatasaray” başçılıq edir.