"Pekin soyuq müharibəyə girmək niyyətində deyil"
Publika.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının (MHK) sədr müavini Çjan Yusya bildirib
"Çin xalqı sülh tərəfdarıdır və heç bir ölkə ilə soyuq müharibə aparmaq niyyətində deyil, lakin onların ərazi suverenliyinin pozulmasına imkan verməyəcək və onların əsas maraqlarına güzəştə getməyəcək", - o deyib.
Çjan Yusya düşərgələr arasında qarşıdurmanın hələ də mövcud olduğunu etiraf eedib və Soyuq Müharibə düşüncəsinə son qoymağa çağırıb. Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının sədr müavini güc siyasətinin qeyri-populyar olduğunu vurğulayıb.