Mərakeş İsraillə kəşfiyyat peyki almaq üçün 1 milyard dollarlıq müqavilə bağlayıb.
Publika.az xəbər verir ki, istehsalı İsrailin “Israeli Aerospace Industries” hərbi sənaye konserni tərəfindən həyata keçiriləcək yeni cihazın beş ildən sonra təhvil verilməsi planlaşdırılır.
İsrail peykinin 2017-2018-ci illərdə orbitə buraxılan "Mohammed VI-A" və "Mohammed VI-B" peyklərini əvəz edəcəyi gözlənilir. Qeyd edilib ki, onların xidmət müddəti yaxın bir neçə ildə başa çatacaq