Neftçalada quzular xəstəliyə tutularaq tələf olurlar.
Publika.az xəbər verir ki, söhbət Neftçala rayon Mirzə Qurbanlı kənd sakini Sərxan Fərəcovun heyvandarlıq təsərrüfatından gedir.
Təsərrüfat sahibi iddia edib ki, xırdabuynuzlu heyvanlar arasında xəstəlik oktyabr ayında yayılıb.
Heyvanları tələf olan digər təsərrüfatçı Əşrəf Yusifov da eyni iddia ilə çıxış edib. Heyvanlar arasında sözügedən xəstəlikdən tələf olma halları baş verib.
Məsələ ilə bağlı Neftçala Rayon Heyvan Sağlamlığı Baytarlıq Xidməti İdarəsindən bildirilib ki, 2024-cü ilin yanvar ayının 16-sı digər rayondan çiçək vaksini alınaraq Sərxan Fərəcovun təsərrüfatında olan xırdabuynuzlu heyvanlara vurulub. Digər təsərrüfatçılar isə müraciət etməyiblər.
O da bildirilib ki, vaksinlər heyvanlara ildə bir dəfə vurulur. Yeni doğulmuş quzulara isə iki ay keçmədən peyvənd vurula bilməz.
Ətraflı süjetdə: