Gürcüstan UEFA Çempionlar Liqasının finalını qəbul etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze açıqlama verib. O, Tbilisidə Çempionlar Liqasının finalı səviyyəsində oyunlar keçirə biləcək 70 min tamaşaçı tutumuna malik futbol stadionu tikiləcəyini bildirib:
“Biz idmana, daha dəqiq desək, futbol və reqbiyə aid olan mühüm meqalayihəni elan etmək istərdik. Biz Tbilisidə bu iki idman növünə xidmət edəcək yeni stadion tikmək istəyirik. O, 70 min tamaşaçı tutumuna malik olacaq. Ən yüksək beynəlxalq standartlara cavab verən arena olacaq ki, bu da bizə Çempionlar Liqasının finalı da daxil olmaqla, paytaxtımızda ən yüksək səviyyəli oyunları keçirmək imkanı verəcək.
Biz 2028-ci ildə Çempionlar Liqasının finalını tikiləcək yeni stadionda keçirmək üçün müraciət edəcəyik”.
Heybət