29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bakının mərkəzində kişinin başı kəsildi

20 iyl 2024 19:00
GÜNDƏM
ads
Advertisement

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Kirayəşin evində qaldığı 75 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib.

Publika.az xəbər verir ki, hadisə Nizami rayonunun Əlif Hacıyev küçəsində gecə saatlarında baş verib. Ev sahibi 75 yaşlı Tahir Əliyevin 59 yaşlı Zahid İsayev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə vaxtı qətlə yetirilən kişinin oğlu başqa evdə olub. O gəldikdə, atasının artıq can verdiyini görüb.

Məlum oldu ki, öldürülən Tahir Əliyev hələ bir neçə il əvvəl ''Xəzər Xəbər''ə də müsahibə verib. O, səhiyyə sahəsində müəyyən araşdırmalarla məşğul idi və onun fəaliyyəti fərqli vaxtlarda bir neçə dəfə çəkilərək efirə təqdim edilib.

Qonşular qışqırıq səsləri eşitdiyini, hadisə yerinə gəldikdə isə artıq gec olduğunu deyirlər.

Faktla bağlı Nizami Rayon Prokurorluğu da məlumat yayıb. Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanıb.

Qaradağ rayonunda da ağır qətl hadisəsi törədilib. Burada isə oğul öz anasını qətlə yetirib. Hadisə bu gün səhər saatlarında rayonun Ümid qəsəbəsi ərazisində baş verib. Burada isə 57 yaşlı Aybəniz Şükürova öldürülüb. Onu qətlə yetirməkdə 33 yaşlı oğlu Kamran Şükürov şübhəli bilinir. Qeyd edilir ki, o, anasını kəsici-deşici alətlə qətlə yetirib. Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aysel Həsənova bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

08:00

Bakıda 75 kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Nizami rayon prokurorluğunun məlumatında deyilir.

İyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

İyulun 20-də saat 01 radələrində paytaxtın Nizami rayonunda 1949-cü il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur