23.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əziz Sancarın xəyalı gerçək oldu - Foto

23 yan 2025 08:00
DÜNYA
ads

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ABŞ-a səfəri çərçivəsində görkəmli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” medalını təqdim edib.

QÜTB.AZ xəbər verir ki, mükafatlandırma mərasimi Şimali Karolinada Əziz və Qven Sancar Fondunun nəzdində fəaliyyət göstərən Sancar adına Mədəniyyət Mərkəzində reallaşıb.

S.Raev xatırladıb ki, dünya şöhrətli alimin mükafatlandırılması ilə bağlı qərar TÜRKSOY Daimi Komitəsinin üzvü olan nazirlər tərəfindən strukturun Şuşada keçirilən 40-cı iclasında yekdilliklə qəbul edilib.

Əziz Sancar isə bunu “Nobel mükafatından daha dəyərli” adlandırıb. “Türk Dünyasının Mədəniyyət Səfiri” adı mənim xəyalım idi”, - deyə o bildirib.

Mərasim çərçivəsində TÜRKSOY-un Baş katibi professor Əziz Sancara Türk dünyası mədəniyyətinin birliyini və zənginliyini əks etdirən əşyaları, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbənin rəmzi olan Xarıbülbül nişanını təqdim edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur