02.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Nazirlər Kabinetinin vəzifəli şəxsi vəfat etdi

01 sen 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Uzun illər dövlət qulluğunda müxtəlif məsul vəzifələrdə çalışan İradə Hüseyn qızı Hacıyeva dünyasını dəyişib.

Qutb.az xəbər verir ki, o bu gün 67 yaşında vəfat edib.

İ.Hacıyeva Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri, Xızı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xızı Rayon Komitəsinin sədri vəzifələrində fəaliyyət göstərib.

Son illərdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ümumi şöbəsinin müdir müavini vəzifəsini icra edib. Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə İradə Hacıyeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, İ.Hacıyeva 1958-ci ildə Göyçə mahalında dünyaya gəlib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur