19.12.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Şahin Şıxlinskinin məhkəməsi başladı

18 dek 2025 16:00
GÜNDƏM
ads

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, oğlu Mutvalı Şıxlinski, Səfərov qardaşları və Şücaəddin Rəcəbovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Qutb.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar rollarından asılı olaraq, qətl, qətlə cəhd, qətldə iştirak, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq kimi bir sıra ağır maddələr üzrə ittiham olunurlar. 

İlkin dinləmə qapalı keçirildiyindən onların qohumları məhkəməyə buraxılmayıb. Vəkillər Şıxlinski və digərləri üçün andlılar məhkəməsinin keçirilməsini istəyiblər. 

Məhkəmənin növbəti iclası 2026-cı ilin yanvar ayına təyin olunub. 

Qeyd edək ki, ittiham olunan şəxslər təqsirli olmadıqlarını bəyan edirlər. 

Xatırladaq ki, bu il iyunun 26-da Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Saxlanılma zamanı hər iki şəxs aldıqları xəsarətlərdən həyatını itiriblər. Onların qohumları həbs olunublar. Daha sonra Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxslinski həbs ediliblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur