"Premium Bank" ASC-nin İdarə Heyətinin sədri Mahir Nəcəfov vəzifəsindən azad edilərək sədr müavini təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə Bankdan bildirilib.
Məlumata görə, indiyə qədər sədr müavini olan Kamil Lətifov isə sədr təyin olunub.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.