"NATO Rusiyaya Ukrayna münaqişəsində qalib gəlməyə imkan verə bilməz, çünki bu, Şimali Atlantika Alyansı üçün ən böyük təhlükə olacaq".
Publika.az xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq bildirib.
Vaşinqtonda NATO sammitinin rəsmi açılış mərasimində çıxış edən Stoltenberq vurğulayıb ki, Ukrayna münaqişəsi son onilliklərdə təhlükəsizlik üçün əsas təhdiddir və Rusiyanın qələbəsi blokun digər rəqibləri, o cümlədən İran, Şimali Koreya və Çin Xalq Respublikası üçün stimul olacaq.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Şimali Atlantika Alyansının dövlət başçılarının iyulun 9-da Amerika paytaxtında keçiriləcək görüşünün Ukrayna üçün müsbət olacağını bildirib. Onun sözlərinə görə, blokun sammiti Kiyevin təşkilatla qarşılıqlı əlaqələrinin gücləndirilməsinə xidmət edəcək.
Stoltenberq daha əvvəl bildirib ki, Ukrayna münaqişəsi NATO-nun döyüş hazırlığında böyük boşluqları üzə çıxarıb.
Hüseyn İbadlı