Çilidə 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən yazır.
Zəlzələnin episentri təxminən 2 min insanın yaşadığı San Pedro de Atakama kəndindən 43 km cənub-şərqdə, 128 km dərinlikdə yerləşib .
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.