"Mançester Siti"nin hücumçusu Erlinq Haaland tezliklə 3,2 milyon avro xərcləyəcəyi fərdiləşdirilmiş "Mercedes AMG One" avtomobilinin sahibi olacaq.
Publika.az xəbər verir ki, norveçli ulduz futbolçunun sürətli və dəbdəbəli avtomobillərə marağı heç kimə sirr deyil. Lakin onun yeni avtomobili xüsusi olacaq. Fərdiləşdirilmiş maşın güclü mühərriklərlə təchiz olunub və 1000 at gücü ilə maksimal sürət həddi 352 km/saata qədərdir.
Bu "superkar" 200 km/saat sürəti cəmi 7 saniyəyə yığır. Avtomobilin dünyada cəmi 275 eksklüziv nüsxəsi var.
Haaland əvvəllər 105.000 avro dəyərində "Mercedes AMG GLE"-nin sahib olub. O, daha sonra 350.000 avroya "Rolls Royce Cullinan SUV" alıb. Norveçli futbolçu həmçinin hər biri 140.000 avro dəyərində olan "Audi RS6 Avant" və "Range Rover Sport" avtomobillərinin də sahibdir.
Heybət