28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Məşhur müğənni əməliyyat olundu

02 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Türkiyənin məşhur ifaçısı Ajda Pekkan əməliyyat keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yay boyu sağ çiynində vətər qopmasından əziyyət çəkən əfsanəvi sənətçinin oynaqlarından əməliyyat olunduğu bildirilib.

Ajda Pekkanı ötən il ulduzun omba əməliyyatını da həyata keçirən Prof. Dr. Mehmet Demirhan əməliyyat edib. Xəstəxanadan buraxıldıqdan sonra superulduz evdə dincələcək və 3 həftə fiziki müalicə alacaq.

"Çox ağrıyırdım, amma xoşbəxtlikdən bu əməliyyatla ağrılarımdan xilas oldum. Ombamı sındırdıqdan sonra çiynimdə əzələ qopması baş verdi. Sonra yavaş-yavaş ağrılar başladı. Əvvəllər eyni çiynimdə vətər əməliyyatı olmuşdum. Ağrılar artdıqdan sonra həkimim Ramazandan əvvəl bu əməliyyatı etdi", - səhhəti haqqında danışan 77 yaşlı müğənni açıqlamasında qeyd edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur