Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Türkiyə vətəndaşlarının Yunanıstan adalarına vizasız gediş-gəlişinin mart ayında təmin ediləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Mitsotakis Yunanıstanın dövlət televiziyası ERT-ə müsahibə verib. O, açıqlamalarında ABŞ-dan F-35 alış prosesi, Ankara ilə əlaqələr və Türkiyə vətəndaşlarına təqdim edilən viza imkanlarına da toxunub. O, Prezident Ərdoğanla 3 dəfə görüşdükdən sonra Yunanıstan-Türkiyə münasibətlərinin yeni dövrü üçün nikbin olduğunu vurğulayıb:
"Türkiyə vətəndaşlarının Yunan adalarına vizasız səyahət etmələri üçün müqavilə imzalamağı bacardıq. Müqavilə mart ayından tətbiq olunacaq. Türkiyə vətəndaşları yaz və yay boyu razılaşmadan faydalanacaq. Bu razılaşmanın qalıcı olacağına inanıram".
Mitsotakis çıxışında F16-nın Türkiyəyə satışına da toxunub: "Müdafiə ləvazimatlarının başqa ölkəyə satışına əngəl oymayacağıq ".
Roza Şəfiyeva