İsrail ordusu "Hizbullah" hərəkatının yeni lideri Haşem Safiadinin oktyabrın əvvəlində məhv edildiyini rəsmən təsdiqləyib.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, H.Safiadin və "Hizbullah"ın kəşfiyyat qərargahının rəhbəri Hüseyn Əli əl-Zeyma təxminən üç həftə əvvəl Livan paytaxtının ətrafına endirilən zərbələr nəticəsində hərəkatın digər komandirləri ilə birlikdə öldürülüb.
Oktyabrın 8-də İsrailin müdafiə naziri Yoav Qalant H.Safiadinin "yüksək ehtimalla məhv edildiyini" bildirib.
Oktyabrın 4-də yayılan məlumata görə, ki, H.Safiadin Beyrutun cənub kənarında İsrail hava qüvvələrinin hücumunun hədəfi ola bilər.
Xatırladaq ki, H.Nəsrullah sentyabrın 27-də İsrailin Beyrutda hərəkatın mərkəz qərargahını bombalaması nəticəsində ölüb. Onunla birlikdə ölən hərəkat liderlərinin adları da açıqlanıb: Əli Karaki – "Hizbullah"ın cənub cəbhəsinin komandiri, İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi, Samir Taufik Diab - Həsən Nəsrullahın məsləhətçisi, Abd əl-Əmir Məhəmməd Siblini – "Hizbullah"ın qüvvələrinin formalaşdırılmasına məsul şəxs, Əli Navaf Ayub – "Hizbullah"ın atəş gücünə məsul şəxs. İbrahim Huseyn Cazini və Samir Taufik Diab Həsən Nəsrullaha ən yaxın fiqurlar olub.
Haşem Safiadin sentyabrın 30-da “Hizbullah”ının yeni baş katibi seçilib. O, Həsən Nəsrullahın ən yaxın qohumudur. Haşim əvvəllər “Hizbullah”ın İcra Şurasına başçılıq edib, hərəkatda ikinci fiqur sayılıb.
Hüseyn İbadlı