Bakıda "Braqa"ya məğlub olmasına baxmayaraq, tarixi uğura imz ataraq 1/8 finala vəsiqə qazanan "Qarabağ"ın bir futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına seçilib.
Publika.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Marko Yankoviçdən gedir. O, "SofaScore" platformasının dəyərləndirməsinə görə turnirdə həftənin rəmzi komandasına seçilib. 120 dəqiqə meydanda olan monteneqrolu futbolçunun çıxışı 8,1 balla qiymətləndirilib.
Qeyd edək ki, Yankoviç ötən həftə də "Sofascore" tərəfindən Avropa Liqasının rəmzi komandasına seçilmişdi. Ancaq həmin "11-lik"də o tək olmamışdı. Markodan başqa Andrey Lunyev və Abdulla Zubirin də adı ən yaxşılar sırasında idi.
Heybət