“İnter Mayami”nin hücumçusu Lionel Messi komandaların MLS-də (ABŞ və Kanadanın futbol liqası) sentyabrın 1-də baş tutacaq “Çikaqo Fayr” ilə qarşılaşmada iştirak edə bilməyəcəyi təqdirdə azarkeşlərə təzminat ödəyəcək.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərin görə, Çikaqo klubu indidən sentyabrın 1-dək müəyyən bir oyun üçün bilet alan azarkeşlər üçün 2025-ci il üçün mövsüm biletlərinə 250 dollar (229 avro) endirim təklif edir. Digər kompensasiya variantı olaraq, klub 2025-ci ildə “İnter Mayami” ilə ev oyununa bir və ya bir neçə biletin alınması üçün 100 dollar (91 avro) endirim təqdim edəcək.
Xatırladaq ki, iyulun 15-də Argentina və Kolumbiya milli komandaları arasında (1:0) Amerika Kubokunun final matçı keçirilib. Messi ikinci hissədə topuğundan zədə alıb və bu səbəbdən əvəzlənib.