ABŞ Dnestryanıdakı mövcud vəziyyəti və Rusiyanın bölgədəki hərəkətlərini diqqətlə izləyir.
Publika.az xəbər verir ki, bunu ABş Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Biz Rusiyanın hərəkətlərini və Dnestryanıdakı ümumi vəziyyəti çox diqqətlə izləyirik”, - deyə RİA Novosti onun sözlərindən sitat gətirib.
Daha əvvəl bildirilmişdi ki, qondarma Dnestryanı Moldova Respublikasında deputatların qurultayında onlar bölgədəki rus sülhməramlılarına dəstək veriblər. Qeyd ediblər ki, Dnestryanı Rusiyaya qoşulmağa hazırdır. Lakin tanınmamış "respublikasının" "xarici işlər nazirliyinin" rəhbəri Vitali İqnatyev bildirib ki, Tiraspolun Rusiyaya qoşulmaq planlarına dair xəbərlər spekulyasiyadır