Rusiyanın Maqadan vilayətində göyərtəsində 20 növbəli işçi olan Mi-8 helikopteri qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, “Dalnerechensk Avia” şirkətinə məxsus təyyarə Kvartsevaya dağı ərazisində qəzaya uğrayıb.
Uzaq Şərq Nəqliyyat Prokurorluğu bildirib ki, Xabarovsk müstəntiqləri helikopterin qəzaya uğramasından sonra artıq cinayət işi açıblar. İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə (“Hərəkət və hava nəqliyyatının istismarı qaydalarını pozma”) ilə açılıb.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako təyyarədə olan sərnişinlərin vəziyyətindən danışıb. Onun sözlərinə görə, Kvartsevı mədənindən Omsukçana uçan Mi-8-in göyərtəsində 20 nəfər olub. Helikopterin qəzaya uğramasından sonra iki nəfərin vəziyyəti ağırdır. Bir sərnişin ölüb.
Uzaq Şərq Nəqliyyat Prokurorluğu bəyan edib ki, Kolımada Mi-8 helikopterinin qəzaya uğramasına səbəb mühərrikin nasazlığı ola bilər. Departament aydınlaşdırıb ki, Mi-8 helikopteri Maqadan vaxtı ilə saat 11:17-də Severo-Evensk rayonunun Evensk şəhər kəndindən 75 kilometr aralıda təcili eniş edib.
Tural